AZ

Rüfət Qəmbərov: Süni intellektin təchizat zənciri maliyyəsində tətbiqi idarəetməni gücləndirir

Bakı, 24 aprel, AZƏRTAC

2026-cı ildə təchizat zənciri maliyyəsində (SCF) süni intellektin tətbiqi real vaxt rejimində maliyyə vəsaitlərinin izlənməsi və idarə olunması baxımından mühüm rol oynayır.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Synergy Consulting Inc” şirkətinin ölkə üzrə direktoru Rüfət Qəmbərov “II Xəzər və Mərkəzi Asiya Neft Ticarəti və Logistikası Forumu”nun “Risk, kapital və uyğunluq. Ticarətin və İnfrastrukturun maliyyələşdirilməsi” adlı sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ixracatçılar likvidliyi artırmaq məqsədilə getdikcə daha çox debitor borclarının maliyyələşdirilməsindən istifadə edirlər.

“Bu yanaşma ödəniş müddətinin uzanmasına baxmayaraq, şirkətlərə dərhal nağd vəsait əldə etməyə imkan yaradır. Təchizat zəncirinin maliyyələşməsi sayəsində idxalçılar təchizatçılarla əlaqələri gücləndirir, ehtiyatlarını idarə edir, eyni zamanda, dövriyyə kapitalını dərhal xərcləmədən maliyyə axınını daha çevik şəkildə tənzimləyirlər”, - deyə o bildirib.

 

Seçilən
31
1
azertag.az

2Mənbələr