AZ

Bu tip piylənmə təhlükəlidir Türkiyəli həkimdən XƏBƏRDARLIQ

ain.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Əməliyyat öncəsi risklərin dəyərləndirilməsi, daha sonra induksiya və hava yolu kontrolu, sonra anesteziyanın idarə edilməsi və xəstənin təhlükəsiz bir şəkildə servisə, ya da reanimasiyaya getməsi, eləcə də erkən komplikasiyaların hamısından biz məsuluq. Obez dediyimiz zaman bədən kütlə indeksinin 30-un üstündə olduğunu deyirik, amma heç bir zaman biz Türkiyədə 30-un üstündə olan bir populyasiya ilə deyil, daha çox 40-50 arasındakı xəstələrlə uğraşırıq".

Redaktor.az xəbər verir ki, bunu Beynəlxalq “Bariatrik-Metabolik Cərrahiyyə və Metabolik Xəstəliklər” konqresində çıxışı zamanı doç.dr. Seniyye Ülgen Zengin dedi.

Onun sözlərinə görə, ən önəmli problem burada mərkəzi piylənməsi olan xəstələrdir:

"Adətən mərkəzi, yəni alma formasında piylənməsi olan xəstələrlə, bir də armud tipli xəstələrlə və ya qarışıq tipli hallarla qarşılaşırıq. Amma anesteziya baxımından bizə ən çox çətinlik yaradan mərkəzi piylənməsi olan xəstələrdir. Mərkəzi piylənməyə necə diaqnoz qoyuruq? Bəzi mənbələrdə bel çevrəsinin boyun yarısından çox olması qeyd edilir. Yaxud bel çevrəsinin omba çevrəsinə nisbətinin 1-dən böyük olması da xəstənin mərkəzi piylənməsi olduğunu göstərir. Bu cür xəstələrdə ən önəmli problem çətin hava yoludur və bu da bizi çox çətin vəziyyətə salır. Tənəffüs problemləri yaranır, hava yolu daxilində təzyiqlər çox yüksək ola bilir. Serebrovaskulyar xəstəliklər, tromboembolizm və insulin müqaviməti baxımından da bizi çətinliyə salan xəstələrdir. Biz dünya anestezioloqlarının ASA təsnifatına baxdığımız zaman, əgər xəstənin bədən kütlə indeksi 30-un üstündədirsə, bizim baxımımızdan anesteziya riski üzrə ASA 2 qrupunda qiymətləndirilir. Əgər bu göstərici 40-ın üstündədirsə, heç bir yanaşı xəstəliyi olmasa belə, xəstəni ASA 3 risk qrupuna daxil edirik. Əgər əlavə yanaşı xəstəlik də varsa, xəstə birbaşa ASA 4 risk qrupunda qiymətləndirilməyə başlayır".

NURİYYƏ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
32
1
redaktor.az

2Mənbələr