“Qarabağ”ın əvəzedici heyətinə göndərilən müdafiəçi Elvin Cəfərquliyev və Abbas Hüseynovla bağlı yeni məlumat yayılıb.
Azreform.info xəbər verir ki, E.Cəfərquliyev "Neftçi"yə A.Hüseynov isə "Şəfa"ya keçə bilər.
Bir çox idman səhifələri Emil Cəfərova istinadən bildirib ki, mövsümün sonunda “Qarabağ”la müqaviləsi bitən Cəfərquliyev "ağ-qaralar"la 670.000 manat qarşılığında razılıq əldə edib.
Onun sözlərinə görə, əslində müdafiəçi ilə “Qarabağ” arasında mübahisənin kökündə bu dayanır.
Bundan başqa forvar.az saytının yaydığı məlumata görə, 31 yaşlı Abbas Hüseynovun “Şəfa”ya keçidi gündəmdədir. Tərəflər arasında aparılan danışıqlar müsbət məcrada yekunlaşıb və ilkin şifahi razılaşma əldə olunub.
"Şəfa" hazırda Birinci Liqada 52 xalla turnir cədvəlinin lideridir və böyük ölçüdə Premyer Liqaya vəsiqəni təmin edib. Bu transfer baş tutarsa, klub Ağdam təmsilçisinə heç bir ödəniş etməyəcək.