İranın xarici işlər nazirinin Pakistana səfəri fonunda ABŞ mütəxəssislərinin də İslamabadda olduğu bildirilir...
Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi məlumat yayıb. İranın xarici işlər naziri Abbas Araqçi cümə günü axşam saatlarında kiçik müşavirlər qrupu ilə birlikdə İslamabada gələcək.
Pakistan hökumətindəki mənbənin məlumatına görə, səfər çərçivəsində ABŞ-la sülh danışıqlarının keçirilməsi ehtimalı yüksəkdir. Mənbə bildirib ki, görüşün təşkili ilə bağlı hazırlıq işləri artıq aparılır.
Məlumata əsasən, ABŞ-nin logistika və təhlükəsizlik üzrə mütəxəssislərindən ibarət qrup da görüşə hazırlıq məqsədilə İslamabadda yerləşir.
Araqçinin Pakistana səfəri İran ətrafında gərginliyin davam etdiyi bir vaxtda baş tutur. Müşahidəçilər hesab edirlər ki, İslamabadın mümkün danışıqlar üçün platforma kimi seçilməsi regionda diplomatik vasitəçilik səylərinin güclənməsi baxımından diqqət çəkir.
Poliqon.info