AZ

İran danışıqlar qrupunda gərginlik: Qalibaf istefa VERDİ

Redaktor.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Qalibafın istefa verdiyi iddia olunur.

Redaktor.az xəbər verir ki, bu barədə “Iran International” məlumat yayıb.

Bildirilib ki, İranın ABŞ ilə danışıqlar qrupuna rəhbərlik edən Məhəmməd Bağır Qalibafın istefa verdiyi iddia olunur.

Qeyd olunub ki, məlumata əsasən, Qalibafın Vaşinqtonla aparılan danışıqlara nüvə məsələsini daxil etməyə çalışması daxili fikir ayrılıqlarına səbəb olub və bu səbəbdən o, tənqid edilib.

Məlumata görə, “Iran International” onun istefaya məcbur edildiyini iddia edir.

Açıqlamada qeyd edilib ki, Qalibafın yerinə sərt xətt tərəfdarı Səid Cəlilinin gətirilə biləcəyi ehtimal olunur.

Bildirilib ki, İranın xarici işlər naziri Abbas Əraqçinin də danışıqlar prosesində daha aktiv rol almağa çalışdığı iddia edilir.

Aminə ŞAHSUVARQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
38
1
redaktor.az

2Mənbələr