AZ

İranın XİN rəhbəri yaxın günlərdə İslamabad, Maskat və Moskvaya səfər edəcək

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

İranın Xarici İşlər naziri Abbas Əraqçi yaxın günlərdə İslamabad, Maskat və Moskvaya səfər etməyi planlaşdırır. Məqsəd bölgədəki son hadisələri müzakirə etməkdir.

Bizimyol.info xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat verib.

Agentliyin məlumatına görə, səfərlərin ilk dayanacağı 24 aprel axşamı İslamabad olacaq. Əraqçi bu səfərlərdə Pakistan, Oman və Rusiya tərəfləri ilə Yaxın Şərqdəki son vəziyyəti və İran-ABŞ qarşıdurmasının cari durumunu müzakirə etməyi planlaşdırır.

Əvvəllər "Al Arabiya" telekanalı və Pakistanın dövlət kanalı PTV xəbər verib ki, İran XİN rəhbərinin İslamabada səfəri cümə axşamı baş tuta bilər və burada ABŞ nümayəndələri ilə ikinci raund danışıqlarda iştirak edəcək.

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
icma.az

1Mənbələr