AZ

İran kəşfiyyatına bağlı şəxslər hədəfə alındı - İsraildən əməliyyat

İsrail ordusu İran kəşfiyyatına bağlı hədəflərə zərbələr endirdiyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (İMQ) məlumat yayıb.

Bildirilib ki, İsrail ordusu İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat bölməsi ilə əlaqəli yüksək vəzifəli şəxsləri hədəfə alıb.

Qeyd olunub ki, əməliyyatlar İsrailin daxili və xarici kəşfiyyat orqanlarının koordinasiyası ilə həyata keçirilib.

Məlumata görə, hədəflər arasında bölmənin rəhbəri kimi tanınan Məcid Xademi və əməliyyatlara nəzarət edən Mohsen Souri də olub.

Açıqlamada bildirilib ki, son həftələrdə İranın xarici əməliyyatçılar və maliyyə kanalları vasitəsilə İsrail vətəndaşlarına qarşı planlar həyata keçirməyə çalışdığı iddia olunur.

Qeyd olunub ki, bu planlara İraqdakı müttəfiq silahlı qrupların da cəlb olunduğu bildirilir.

İsrail ordusu əlavə edib ki, müvafiq infrastrukturu izləməyə davam edir və təhlükə yarandığı halda əməliyyatların davam etdiriləcəyini istisna etmir.

Aminə ŞAHSUVARQIZI

 

Seçilən
25
1
redaktor.az

2Mənbələr