AZ

Bakıda iki məşhur park birləşdirilir - FOTO

Paytaxtın daha iki geniş piyada zonası olan Atatürk və Antena parklarının optimal şəkildə birləşdirilməsi imkanları təhlil edilib.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, layihə Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim edilib və baxılaraq qəbul olunub.

Artıq “Gənclik” metro stansiyasının şimal çıxışında, Atatürk parkının girişinə bitişik meydanda işlərə yaxın zamanda başlanılacaq.

Qeyd edək ki, bu ərazi daim piyadalar üçün çoxsaylı maneələri, tənzimlənməyən parklanma yerləri olan məkan olub. Həyata keçirilən layihənin məqsədi bu ərazini də piyadalar üçün rahat şəhər mühitinə çevirməkdir.

Seçilən
98
40
aznews.az

10Mənbələr