AZ

İmtahanda yüksək bal toplayan bacılar - Biri memar, digəri hüquqşünas olmaq istəyirVİDEO

Bir ailənin iki övladı, əkiz bacılar- Burlaxatun və Banuçiçək 11-ci sinif buraxılış imtahanında valideynlərini qürurlandırıb, yüksək nəticə əldə ediblər.

Xezerxeber.az-ın məlumatına görə, onlardan biri memar, digəri isə hüquqşünas olmaq istəyir.

Memar olmaq istəyən Burlaxatun 9-cu sinif buraxılış imtahanında 297 bal toplamışdı. 11-ci sinif buraxılış imtahanında isə maksimum nəticəni əldə edib.  

Banuçiçək isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil almaq istəyir. O deyir ki, ən böyük məqsədi bu sahədə işləyib, insanların hüquqlarını müdafiə etməkdir. O isə 266 bal toplayıb. 

Onu da qeyd edək ki, builki 11-ci siniflərin buraxılış imtahanında 9 nəfər 300 bal toplayaraq maksimum nəticə göstərib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
47
xezerxeber.az

1Mənbələr