AZ

"Benfika"nın futbolçusu Vinisiusa görə 6 oyunluq cəzalandırıldı

UEFA "Benfika" ilə "Real" arasında keçirilən UEFA Çempionlar Liqasının pley-off matçında baş verən insidentdən sonra Canluka Prestyanni ilə bağlı rəsmi qərarını açıqlayıb.

Day.Az xarici mediaya istinadən xəbər verir ki, 20 yaşlı futbolçu oyunda madridlilərin vingeri Vinisius Juniorun ünvanına ayrı-seçkilik xarakterli və homofob ifadələr işlətdiyi üçün avrokuboklarda altı oyunluq cəzalandırılıb.

Cəzanın üç oyunu şərti xarakter daşıyır. Futbolçu növbəti iki il ərzində intizam qaydalarını pozmasa, həmin üç oyunluq cəza ləğv edilə bilər. Beləliklə, Prestyanni artıq bir oyunu buraxıb və komandasına avrokuboklarda qarşıdakı iki görüşdə də kömək edə bilməyəcək.

 

Argentinalı vinger irqçi təhqirləri inkar etsə də, UEFA-nın intizam orqanları onun hərəkətlərini diskriminasiya xarakterli davranış maddəsi üzrə qiymətləndirib. İnsident "Real"ın 1:0 hesablı qələbəsi ilə başa çatan matç zamanı yaşanıb.

Bundan əlavə, UEFA FIFA-ya müraciət edərək diskvalifikasiyanın təşkilatın himayəsi altında keçirilən turnirlərə də şamil olunmasını istəyib. Bu müraciət qəbul olunarsa, Prestyanni beynəlxalq oyunları, o cümlədən Argentina millisinin dünya çempionatındakı mümkün matçlarını da buraxa bilər.

Seçilən
20
2
day.az

3Mənbələr