AZ

14 yaşlı qız atasını boğazından bıçaqlayaraq öldürdü Dəhşətli cinayət FOTO

ain.az bildirir, Medicina portalına istinadən.

Türkiyədə dəhşətli cinayət baş verib.

Medicina.az xəbər verir ki, Qaziantepdə E.B. (14) atası Ali B.-ni (42) boğazından bıçaqlayaraq öldürüb və atasının ona cinsi istismar etdiyini iddia edib.

Hadisə günorta saatlarında Güzelvadi məhəlləsində baş verib. E.B. atası Ali B.-ni boğazından bıçaqlayıb. Ali B. qan içində yerə yıxılıb, E.B. isə polis bölməsinə gedərək təslim olub.

Hadisə yerinə göndərilən tibb işçiləri Ali B.-nin öldüyünü müəyyən ediblər. Ali B.-nin cəsədi yarılma üçün Qaziantep Məhkəmə Tibbi Ekspertizası morquna aparılıb. Atasını cinsi istismar etdiyi üçün öldürdüyünü iddia edən E.B. hələ də polis tərəfindən araşdırılır.

Qeyd edək ki, həyatını itirən Ali B., Müge Anlı İle Tatlı Sert televiziya proqramından tanınırdı. Ali B. "Cin Ali" (Dəli Ali) ləqəbi ilə tanınırdı.

Aygün

Medicina.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
1
icma.az

2Mənbələr