AZ

Mahirin Almaniya macərası bitir: Yeni ünvanı hara olacaq?

Almaniya 2-ci Bundesliqa təmsilçisi "Kayzerslautern" klubunda çıxış edən Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin gələcəyi sual altındadır.

Fanat.Az xəbər verir ki, təcrübəli forvard komandasının "Braunşveyq"ə qarşı keçirilən matçda nə ilk onbirdə, nə də ehtiyat oyunçular arasında yer almaması azarkeşlərin diqqətindən qaçmayıb.

Futbolçunun oyun şansı tapmadığı üçün klubu tərk edəcəyi və artıq gələcək planlarda yer almadığı bildirilir.

Cari mövsümdə stabil çıxış edə bilməyən 28 yaşlı hücumçunun komandadan göndəriləcəyi ilə bağlı məşqçi korpusunun "narahat qərarlar" verə biləcəyi barədə siqnallar verilib.

Bu mövsüm çıxış etdiyi 11 matçda 2 qolla fərqlənən Mahir Emrelinin karyerasını hansı klubda davam etdirəcəyi hələlik məlum olmasa da, onun "Kayzerslautern"dəki günlərinin sayılı olduğu görünür.

Kamil Xudiyev

Seçilən
5
fanat.az

1Mənbələr