AZ

Faciəvi şəkildə ölən işçini müdiri istismar edibmiş? Ailəsi danışdı+Video

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Qobustan qəsəbəsində 2 nəfər torpaq qatının altında qalıb.

“Qafqazinfo”nun məlumatına görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin iki əməkdaşı ərazidə su xəttində yaranmış problemi aradan qaldırmağa çalışarkən torpaq sürüşməsi baş verib.

Onlardan biri xilas edilərək xəstəxanaya çatdırılıb, digər şəxs isə hadisə yerində həyatını itirib.

Həlak olan şəxsin qardaşının sözlərinə görə, mərhum Qobustan Su İdarəsində çilingər-santexnik işləyib və əsas vəzifəsi su xətlərində yaranan nasazlıqları aradan qaldırmaq olub:

“Bu insanın işi bu deyildi, santexnik idi, su xəttini təmir edirdi. Kanalizasiya ilə heç bir aidiyyəti yox idi. Müdiri zəng edib deyib ki, gəlməsən, səni işdən çıxaracağam. İndi iş yerindən bir nəfər də gəlib soruşmayıb ki, bu insan öldü, qaldı?”

“İş saatında əlavə vaxtlarda da çağırıb hansısa işə yönləndirirdilər. Bu dəfə də hadisə iş saatından kənar vaxtda baş verib”, - deyə qardaşı oğlu bildirib.

ADSEA-dan məsələ ilə bağlı bildirilib ki, araşdırmadan sonra ətraflı məlumat veriləcək.

Daha ətraflı “Baku TV”nin süjetində:

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
47
4
qafqazinfo.az

10Mənbələr