AZ

İran 55 gündən çoxdur internetsizdir

Axar.az saytından alınan məlumata görə, ain.az bildirir.

İran ərazisində 55 gündən çoxdur ki, internetə çıxış yoxdur.

Axar.az xəbər verir ki, bu barədə “NetBlocks” beynəlxalq internet monitorinq xidməti məlumat yayıb.

“İranda internetin kəsilməsi artıq ardıcıl 56-cı gündür davam edir, beynəlxalq əlaqə isə 1320 saatdan artıqdır ki, dayandırılıb”, – deyə qeyd olunub.

Məlumata görə, bu bloklama dünya üzrə müşahidələr tarixində bütöv bir ölkə miqyasında qeydə alınan ən uzun internet məhdudiyyəti olub.

Qeyd edək ki, ABŞ və İsrail 28 fevralda İranda hərbi əməliyyata başlayıb. Bununla əlaqədar ölkə ərazisində internetə məhdudiyyətlər tətbiq edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
5
axar.az

6Mənbələr