ABŞ-da Pentaqon binasının yaxınlığında ağır yol qəzası baş verib.
Musavat.com xəbər verir ki, iki avtobusun toqquşması nəticəsində azı 23 nəfər xəsarət alıb. Yaralılardan 10-nun hərbi qurumun əməkdaşı olduğu bildirilir.
Məlumata görə, 18 nəfər xəstəxanaya yerləşdirilib, daha 5 nəfərə isə hadisə yerində tibbi yardım göstərilib.
Pentaqon polisi insidentlə bağlı məlumatı təsdiqləyib. Qəza səbəbindən nazirliyin yaxınlığındakı nəqliyyat terminalı və metro stansiyası bağlanıb.
Musavat.com