AZ

Afrikada amerikalı milyarderi fillər tapdalayıb öldürdülər

Bakı.Trend:

ABŞ-dən olan milyarder biznesmen Afrikada ov zamanı faciəvişəkildə həlak olub.

Trend xəbər verirki, bu barədə Daily Mail məlumat yayıb.

Məlumata görə, 75 yaşlı biznesmen və həvəskar ovçu Erni Dozioovçu həmkarı ilə sıx tropik meşədə olan zaman qəflətən beş dişi filvə onların balalarından ibarət sürü ilə qarşılaşıb.

Heyvanlar təhlükə hiss edərək, onların üzərinə hücum çəkib.Peşəkar ovçunu kənara atıblar və o silahını əlindən salaraq ağırbədən xəsarətləri alıb. Dozio isə ov tüfəngi ilə silahlansa özünüqoruya bilməyib və fillər onu basdalayaraq həyatına son qoyub.

Afrika filləri planetin quruda olan ən iri heyvanları hesabolunurlar - onların dişilərinin boyu bəzən 4 metrə çatır və onlar40 km/saata qədər sürətlə qaça bilirlər ki, bu hücum zamanı onlarıson dərəcə təhlükəli edir.

Hazırda ABŞ-nin Qabondakı səfirliyi məsələ ilə məşğul olaraq,cənazənin Kaliforniyaya repatrasiyası üçün yerli qurumlarlaəlaqələndirmə işləri aparır.

Məqalədə:
Seçilən
58
4
az.trend.az

5Mənbələr