AZ

Qvardiolaya tarixi təklif

Pep Qvardiolanın mövsümün sonunda "Mançester Siti"də qalıb-qalmayacağı bəlli deyil. Metbuat.az xəbər verir ki, Qvardiolanın klubdan ayrıla biləcəyi iddia edilir. Bildirilir ki, Qvardiola gələcəyi ilə bağlı yekun qərar verməyib. "La Gazetta dello Sport" qəzetinin məlumatına görə, Dünya Kubokuna vəsiqə qazana bilməyən İtaliyanın Qvardiolanın xidmətində maraqlıdır. Lakin məşqçinin maaşı razılığa gəlmək üçün maneədir. Pep Qvardiolanın "Mançester Siti"dəki 14 milyon avroluq maaşıdır.

Xəbərdə deyilir ki, federasiya xərcləri ödəyə bilməz, lakin sponsor dəstəyi ilə razılığa gəlmək olar. Qvardiola təklifi qəbul edərsə, ilk dəfə milli komandada işləyəcək.

Seçilən
51
metbuat.az

1Mənbələr