AZ

Elvin Cəfərquliyev yeni kluba keçir

"Qarabağ"da intizam qaydalarını pozduğuna görə, klubun əvəzedici heyətinə göndərilən müdafiəçi Elvin Cəfərquliyevlə bağlı yeni məlumat var
ONN media axar.az-a istinadla yazır ki, sosial şəbəkələrdə yayılan iddialara görə, Elvin Cəfərquliyev "Neftçi" klubuna keçə bilər.
Məlumata görə, mövsümün sonunda "Qarabağ"la müqaviləsi bitən Cəfərquliyev "Neftçi" ilə 670.000 manat qarşılığında razılıq əldə edib.
İddialara görə, əslində "Qarabağ"da Elvin Cəfərquliyevə qarşı təzyiq bu səbəbdən başlayıb. Onun müqailəsi başa çatandan sonra azad oyunçu kimi "Neftçi"yə keçmək istəməsi hazırkı klubunda xoş qarşılanmayıb.
"Başqa sözlə, "səni biz yetişdirmişik, necə yəni pulsuz gedirsən?" deyərək müqaviləni uzatmasını istəyirlər ki, sonradan Cəfərquliyevi sata bilsinlər", - deyə iddiada qeyd olunur.
Hələ ki nə "Qarabağ", nə də Elvin Cəfərquliyevin özü bu iddiaya aydınlıq gətirib
Seçilən
8
9
onn.az

10Mənbələr