AZ

28 yaşlı oğlan evlərinin həyətindəki tikilidə ölü tapıldı

Gədəbəy rayonunda gənc oğlanın meyiti aşkarlanıb.

"Yeni Sabah" Lent.az-a istinadla xəbər verir ki, hadisə rayonun kəndlərindən birində qeydə alınıb.

Məlumata görə, 28 yaşlı kənd sakini Əlişad İbadət oğlu Quluyevin cansız bədəni yaşadığı evin həyətindəki yardımçı tikilidə tapılıb. Gəncin ölüm səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Seçilən
25
8
yenisabah.az

10Mənbələr