AZ

Bundesliqa: “Leypsiq”dən inamlı qələbə, “Union” evə xalsız qayıdır VİDEO

Idman.biz saytından verilən məlumata görə, ain.az xəbər verir.

Almaniya Bundesliqasının 31-ci turunun açılış matçında “RB Leypsiq” futbol komandası doğma meydanda “Union” futbol komandasını qəbul edib. Qarşılaşma meydan sahiblərinin aşkar üstünlüyü və 3:1 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, “RB Leypsiq” matça sürətli başlayaraq birinci hissənin ortalarında hesabı açıb. 25-ci dəqiqədə Maks Finkqrefe dəqiq zərbə ilə komandasını önə keçirib. Cəmi bir neçə dəqiqə sonra Romulo fərqi iki topa çatdıraraq qonaqların vəziyyətini çətinləşdirib.

İkinci hissədə də hücumlarını dayandırmayan “buğalar” 64-ci dəqiqədə hesabı darmadağın həddinə çatdırıblar. Yan Diomandanın ötürməsini qola çevirən Ridle Baku komandasının üçüncü qoluna imza atıb. “Union”un yeganə təsəlli qolunu isə 79-cu dəqiqədə Danilo Duki vurub.

Bu qələbədən sonra xallarının sayını 62-yə çatdıran “RB Leypsiq” turnir cədvəlində üçüncü pillədəki yerini möhkəmləndirib. 32 xalı olan Berlin təmsilçisi isə 11-ci pillədə qərarlaşıb.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
icma.az

1Mənbələr