AZ

ABŞ 159 milyard dollarlıq tarifləri geri qaytaracaq - Tramp

Bakı. Trend:

Ali Məhkəmənin qərarı səbəbindən hökumət yığılmış 159 milyarddollarlıq tarifləri geri qaytarmaq məcburiyyətində qalacaq.

Trend xəbər verir ki, bubarədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” platformasındayazıb: “Onilliklər boyu ölkəmizdən sui-istifadə edən insanlar vəşirkətlər Ali Məhkəmənin dəhşətli və gülünc tarif qərarı səbəbindən159 milyard dollarlıq ödəniş qaytarılması ilə üzləşirlər”.

Qeyd edib ki, Ali Məhkəmə bu vəsaitləri Amerika hakimiyyətininnəzarəti altında saxlasaydı, daha yaxşı olardı.

Xatırladaq ki, ötən ilin dekabrında Tramp ABŞ-ın 2025-ci ildəidxal rüsumları hesabına təxminən 20 trilyon dollar gəlir əldə edəbiləcəyini bildirmişdi.

Fevralın 20-də ABŞ Ali Məhkəməsi Prezidentin BeynəlxalqFövqəladə İqtisadi Səlahiyyətlər Aktı (IEEPA) çərçivəsində digərölkələrə idxal tarifləri tətbiq etməsini səlahiyyət həddininaşılması kimi qiymətləndirib. Bununla belə, məhkəmə hökumətinəvvəllər tariflər şəklində toplanmış vəsaiti geriqaytarıb-qaytarmamalı olduğunu dəqiqləşdirməyib.

Seçilən
25
3
az.trend.az

6Mənbələr