AZ

Lufthansa məhkəmədə uduzdu: 200 milyon avro geri tələb oluna bilər

Apa.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Almaniyanın “Lufthansa” aviaşirkəti Avropa məhkəməsində “Ryanair” ilə mübahisədə apellyasiyanı uduzub.

“The Independent”in məlumatına görə, məhkəmə Avropa Komissiyasının pandemiya dövründə “Lufthansa”ya verilən dövlət yardımını qanunsuz sayan əvvəlki qərarı qüvvədə saxlayıb.

“Ryanair” bu qərarı alqışlayaraq şirkətdən 200 milyon avronun geri qaytarılmasını tələb edib. İddia olunur ki, Almaniya hökumətinin təqdim etdiyi maliyyə dəstəyi bazarda rəqabəti pozub.

“Lufthansa” isə bildirib ki, qərarı nəzərə alır və Avropa Komissiyası ilə davam edən araşdırma çərçivəsində prosesdə iştirak etməyə davam edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
1
apa.az

2Mənbələr