AZ

ABŞ dəniz daşımaları ilə bağlı qanunun tətbiqini yenidən təxirə salıb

BAKI, 25 aprel. TELEQRAF

ABŞ hökuməti ölkə limanları arasında dəniz yükdaşımalarının yalnız Amerika şirkətləri tərəfindən həyata keçirilməsini nəzərdə tutan qanunun tətbiqini daha üç ay müddətinə dayandırıb.

Teleqraf xəbər verir ki, bu qərar ABŞ Prezidenti Donald Tramp tərəfindən inflyasiyanın artım tempinin qarşısını almaq məqsədilə təsdiqlənib.

Məlumata görə, söhbət “Cons Aktı” (Jones Act) kimi tanınan qanundan gedir. Ağ Evin nümayəndəsi Teylor Rocers bildirib ki, prezident qanunun tətbiqinin 90 gün müddətinə dayandırılmasını təsdiqləyib. Qeyd olunub ki, ilk belə qərar mart ayında 60 gün müddətinə qəbul edilmişdi.

Onun sözlərinə görə, əvvəlki qərar müxtəlif kateqoriyadan olan yüklərin ABŞ limanlarına daha sürətli çatdırılmasına imkan verib. Yeni addım isə həm ABŞ, həm də qlobal iqtisadiyyat üçün sabitliyin qorunmasına xidmət edir.

Bildirilib ki, bu qərar həmçinin qlobal enerji bazarında, xüsusilə Hörmüz boğazında yaranmış vəziyyət fonunda yaranan çətinliklərin təsirini azaltmağa yönəlib. Qərar ABŞ limanlarına enerji resursları, sənaye materialları və kənd təsərrüfatı məhsullarının fasiləsiz tədarükünü təmin etməyi hədəfləyir.

Seçilən
30
teleqraf.com

1Mənbələr