AZ

Ağcabədidə ağır qəza: 1 ölü, 4 yaralı (FOTO)

Ağcabədi. Trend:

Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi ölümlənəticələnib. Qəza zamanı bir nəfər həyatını itirib, dörd nəfər isəxəsarət alıb.

Trend-in yerlimüxbirinin məlumatına görə, hadisə Laçın rayonundan olan məcburiköçkünlərin yaşadığı Qayğı qəsəbəsində qeydə alınıb.

Belə ki, Laçın sakini Quliyev Bakir Möhbalı oğlunun idarə etdiyi41 BE 893 dövlət nömrə nişanlı minik avtomobili Yevlax rayon sakiniBədəlov Azər Bənah oğluna məxsus “KamAz” markalı yük maşını ilətoqquşub.

Toqquşma nəticəsində “VAZ” markalı avtomobilin sürücüsüB.Quliyev hadisə yerində ölüb. Nəqliyyat vasitəsində olansərnişinlər - 1980-ci il təvəllüdlü Həsənov Habil Əli oğlu, 2008-ciil təvəllüdlü Həsənov Polad Habil oğlu, 2013-cü il təvəllüdlüHəsənov Murad Habil oğlu və 2014-cü il təvəllüdlü Həsənov RaziSurxay oğlu müxtəlif dərəcəli xəsarətlərlə Ağcabədi Rayon MərkəziXəstəxanasına çatdırılıb.

Hadisə zamanı həyatını itirən Bakir Quliyevin baytar həkimolduğu məlum olub. “KamAz” markalı yük maşını isə Kür çayındazədələnmiş bəndin bərpası işlərinə cəlb olunmaq üçün Yevlaxrayonundan ezam edilən sürücüyə məxsus olub.

Faktla bağlı araşdırma aparılır.

Ağcabədidə
Ağcabədidə
Ağcabədidə
Məqalədə:
Seçilən
87
20
az.trend.az

10Mənbələr