AZ

Naxçıvanda ümumi uzunluğu 94 kilometrdən çox olan yollar əsaslı təmir olunacaq

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üzrə Dövlət Proqramına uyğun olaraq, yerli əhəmiyyətli və kənddaxili avtomobil yollarının əsaslı təmiri istiqamətində işlər davam etdirilir.

SİA-nın yerli bürosunun məlumatına görə, "Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi" tərəfindən ümumi uzunluğu 94,2 kilometr olan bir sıra yolların əsaslı təmiri nəzərdə tutulur.

Layihəyə Culfa şəhərdaxili yolları, Culfa rayonunun Kırna–Dizə–Gal–Şurud, Babək rayonunun isə Qahab, Naxışnərgiz, Nəcəfalıdizə–Nəhəcir kənddaxili avtomobil yolları daxildir.

Qeyd edək ki, sözügedən layihə ilə bağlı 23 aprel 2026-cı il tarixində rəsmi tender portalında ümumi dəyəri 18,6 milyon manat təşkil edən açıq tender elan olunub. Tender proseduru uğurla başa çatdıqdan sonra qalib podratçı tərəfindən yol təmiri işlərinə başlanılacaq.

Müəllif: Günay Hacıyeva
Seçilən
4
2
sia.az

6Mənbələr