AZ

Ağcabədidə minik və yük avtomobili toqquşub

ain.az bildirir, Sia Az portalına istinadən.

Ağcabədidə bir nəfərin ölümü, dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

SİA xəbər verir ki, hadisə laçınlı məcburi köçkünlərin məskunlaşdığı Qayğı qəsəbəsində qeydə alınıb.

Belə ki, Laçın rayon sakini Quliyev Bakir Möhbalı oğlu idarə etdiyi "VAZ-2107" markalı avtomobil Yevlax rayon sakini Bədəlov Azər Pənah oğluna məxsus "KamAZ" markalı yük avtomobili ilə toqquşub. Nəticədə "VAZ"ın sürücüsü hadisə yerində ölüb.

Maşında olan digər sərnişinlər - 1980-ci il təvəllüdlü Həsənov Habil Əli oğlu, 2008-ci il təvəllüdlü Həsənov Polad Habil oğlu, 2013-cü il təvəllüdlü Həsənov Murad Habil oğlu və 2014-cü il təvəllüdlü Həsənov Razi Surxay oğlu müxtəlif dərəcəli xəsarət alaraq Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
14
sia.az

10Mənbələr