AZ

ABŞ İranla müharibəyə bu qədər xərc çəkib

ABŞ-nin İrana qarşı hərbi əməliyyatlara xərcləri 61 milyard dolları keçib.

Far.Az xəbər verir ki, bu barədə "Iran War Cost Tracker" portalı məlumat yayıb.

Bildirilib ki, əməliyyatın 55-ci gününə qədər xərclər bu həddi aşıb. Hazırda ABŞ büdcəsindən saniyədə 11,5 min dollardan çox vəsait sərf olunur.

Məlumatlar Pentaqonun martın 10-da Konqres üçün keçirdiyi brifinqə əsaslanır. Qeyd olunur ki, ilk 6 gündə 11,3 milyard dollar xərclənib, sonrakı mərhələdə isə hər gün təxminən 1 milyard dollar xərclənməsi planlaşdırılır.

Qeyd edək ki, bu rəqəmlərə bəzi əlavə xərclər daxil deyil və real məbləğin daha yüksək olduğu istisna olunmur.

Seçilən
48
1
far.az

2Mənbələr