AZ

Hindistanlı narkobaron Türkiyədə yaxalandı (FOTO)

Bakı. Trend:

Türkiyədə İstanbul şəhərinin hüquq-mühafizə orqanlarınınəməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi cinayəti iləəlaqədar beynəlxalq axtarışda olan Hindistan vətəndaşı Salim Dolanıhəbs edib.

Trend bu barədəTürkiyə mediasına istinadən xəbər verir.

Məlumata görə, aparılan texniki və fiziki izləmə nəticəsindəşübhəlinin Beylikdüzü rayonunda bir ünvanda qaldığı müəyyən edilib.Salim Dola yaşadığı ünvanda aparılan əməliyyat zamanı saxlanılıb.Ünvanda aparılan axtarışlarda 126 kiloqram 141 qram mefedron və 2milyon 522 min Hindistan rupisi (təxminən 51 min manat) ələkeçirilib.

Saxlanılan şübhəlinin polis bölməsindəki prosedurlarıtamamlandıqdan sonra deportasiya olunacaq.

Qeyd edək ki, Hindistanın Mumbay şəhərinə bağlı Kurla rayonundakeçirilən əməliyyatlar zamanı saxlanılan şübhəlilər narkotiklərləbağlı məhz Salim Doladan göstərişlər aldıqlarını etirafediblər.

Hindistanlı
Məqalədə:
Seçilən
20
1
az.trend.az

3Mənbələr