AZ

İran xarici işlər naziri Pakistan ordusunun baş komandanı ilə görüşüb

İran xarici işlər naziri Seyid Abbas Əraqçi İslamabada səfəri çərçivəsində Pakistan ordusunun baş komandanı, feldmarşal Asim Munirlə görüşüb.

Bu barədə Olaylar.az İran Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, görüşdə maraq doğuran məsələlər haqda fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə 2 həftəlik atəşkəs razılaşması əldə olunub. 11 apreldə ABŞ və İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldə olunmayıb.

Əlavə edək ki, 21 apreldə ABŞ prezidenti Donald Tramp İran təklifini təqdim edənə və danışıqlar bu və ya digər şəkildə başa çatana qədər atəşkəsi uzatdığını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
19
1
olaylar.az

2Mənbələr