AZ

Şəkidə qəza: ölən var

Bakı.Trend:

Şəkidə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundanTrend-ə verilənməlumata görə, hadisə gecə saat 02 radələrindəQaraməryəm–İsmayıllı–Şəki avtomobil yolunun Şəki rayonunun KöbərZəyzid kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Elsevər İsmayılovun idarə etdiyi “Mercedes” markalıavtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində nəqliyyat vasitəsində olan sərnişinlər - 49yaşlı Rizvan İsmayılov və 68 yaşlı Tamilə İsmayılova xəsarət alıb.Yaralılardan T. İsmayılova aldığı xəsarətlərdən xəstəxanada vəfatedib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davametdirilir.

Seçilən
43
17
az.trend.az

10Mənbələr