AZ

Azərbaycanda birdəfəlik maddi yardım alacaq şəxslərin sayı məlum oldu

Bakı. Trend:

Prezident İlham Əliyevin yeni “1941–1945-ci illərdə İkinci Dünyamüharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralarvəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakarəməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlikmaddi yardım verilməsi haqqında” Sərəncamı ilə İkinci Dünyamüharibəsində Qələbənin 81-ci ildönümü ilə əlaqədar həminmüharibənin iştirakçılarına 2750 manat birdəfəlik maddi yardımödəniləcək.

Trend Əmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki,İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmişdöyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakarəməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinciDünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxuddöyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun vədonanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusibirləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründəLeninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanıilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsiiştirakçılarına isə 1500 manat məbləğində birdəfəlik maddi yardımveriləcək.

Sərəncamın ümumilikdə 2 minə yaxın şəxsə şamil olunacağıgözlənilir ki, onlardan 13-ü İkinci Dünya müharibəsiiştirakçılarıdır.

Birdəfəlik maddi yardımların verilməsi üçün SərəncamlaAzərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdətutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3milyon manat vəsait ayrılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindənbirdəfəlik maddi yardımlar İkinci Dünya müharibəsi iştirakçılarınınvə digər müvafiq şəxslərin bank hesablarına köçürüləcək.

Seçilən
29
49
az.trend.az

10Mənbələr