AZ

Ronaldonun keçmiş aşpazı süd içməməyi tövsiyə edir

Baku.ws portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Kriştiano Ronaldonun keçmiş aşpazı Corcio Barone maraqlı və mübahisəli açıqlama ilə çıxış edib.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki o, böyüklərin süd içməsinin düzgün olmadığını bildirib.

Onun sözlərinə görə, insanlar digər canlılardan fərqli olaraq, yetkin yaşda başqa heyvanların südünü istehlak edən yeganə növdür:

"İnsanlar başqa heyvanların südünü içən yeganə canlıdır. Heç bir heyvan üç aydan sonra süd içmir. Dana da müəyyən müddətdən sonra süddən imtina edir. Ümumiyyətlə, heyvanlar başqa heyvanların südünü içmir".

Baronenin bu fikirləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi mütəxəssislər onun fikirlərini dəstəkləsə də, digərləri süd məhsullarının balanslı qidalanmada mühüm rol oynadığını vurğulayır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
1
baku.ws

2Mənbələr