AZ

Xocalı həqiqətləri Malta İncəsənət Biennalesində

"World Press Photo" Fondu 2025-ci ilin “İlin fotosu” mükafatını miqrasiya siyasətinin insanlara təsirini əks etdirən bir kadrına verib.

"Euronews"un verdiyi xəbərə görə, Karol Guzi tərəfindən Nyu-Yorkda çəkilən foto saxlanılan miqrantın iki qızının atasına sarıldığı anı göstərir.

Şəkil 57 mindən çox iş arasından seçilərək qalib olub.

Ailənin bildirdiyinə görə, saxlanılan şəxs ailənin yeganə dolanışıq mənbəyi idi və onun yoxluğu ciddi sosial və emosional çətinliklər yaradıb.

Münsiflər heyəti fotonu parçalanmış ailələrin güclü və təsirli sənədi kimi qiymətləndirib.

Ekspertlər bu kadrın miqrasiya siyasətinin real nəticələrini açıq şəkildə nümayiş etdirdiyini vurğulayır.

Qeyd edək ki, foto həm də qlobal miqyasda bu problemin aktuallığını bir daha gündəmə gətirib.

Seçilən
8
kulis.az

1Mənbələr