AZ

Zaqatala nın baş məşqçisi: Turnir cədvəlində olduğumuz yer bizə uyğun deyil

sport24.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Mən PRO kursları ilə bağlı oyunda ola bilmədim. Komandanı qarşılaşmaya Nəsib müəllim çıxarmışdı". Bu sözləri Sport24.az-a açıqlamasında "Zaqatala"nın baş məşqçisi Rüstəm Məmmədov deyib.

Bölgə təmsilçisinin çalışdırıcısı I Liqanın 23-cü turunda "Şahdağ Qusarı"a məğlub olduqları oyun haqda fikirlərini bölüşüb:"Futbolçularımız ilk hissədə yaxşı oyun nümayiş etdirdi. Qolu standart vəziyyətdən buraxdıq. Ardıcıl ikinci matçdır ki, standart vəziyyətdən qapımızda qol görürürk. Fiziki cəhətdən yorğunluq, heyətimizinin kasad olması özünü göstərir. Əsas problem qol vura bilməməyimizdir. Biz qələbəni haqq edirdik. Hücumlarımız, qol epizodlarımız çox idi. Şanslardan yararlana bilmirik. Fikrimcə, oyunun ədalətli nəticəsi heç-heçə idi. Futbolda yaxşı oynayıb məğlub ola bilərsən. Motivasiya ilə də problem yaşayırıq. Turnir cədvəlində olduğumuz yer bizə uyğun deyil. Ən azı ilk "5-lik"də olmalı idik".Qeyd edək ki, "Zaqatala" - "Şahdağ Qusar" qarşılaşması qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
sport24.az

1Mənbələr