Azərbaycan Basketbol Liqasında (ABL) yarımfinal mərhələsi davam edir.

Offsideplus.az xəbər verir ki, bu gün "Gəncə" və "Sabah" ikinci matçda üz-üzə gələcək.

Qarşılaşma Gəncə İdman Sarayında, saat 14:00-da start götürəcək.

"Sabah" qələbə qazanarsa, finala yüksələcək. Əksi baş versə isə, üçüncü oyun baş tutacaq.