AZ

Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanovanın vəfatından iki il ötür

Bakı. Trend:

Bu gün Azərbaycan Respublikasının ilk İnsan hüquqları üzrəmüvəkkili (Ombudsman) Elmira Süleymanovanın anım günüdür.

Trend xəbərverir ki, o, ölkənin insan hüquqları sahəsində mühüm iz qoymuşdövlət xadimlərindən biri kimi xatırlanır.

Elmira Süleymanova 17 iyul 1937-ci ildə Bakı şəhərində anadanolub. Həyatının böyük hissəsini elmi və ictimai fəaliyyətə həsredən E.Süleymanova sonradan dövlət idarəçiliyində də mühüm roloynayıb.

O, ixtisasca kimyaçı olsa da, ictimai-siyasi fəaliyyəti ilə dahageniş tanınıb. Kimya elmləri doktoru və professor olanE.Süleymanova uzun illər elmi-pedaqoji fəaliyyət göstərib, eynizamanda beynəlxalq təşkilatlarda və konfranslarda Azərbaycanıtəmsil edib.

E.Süleymanovanın siyasi və ictimai fəaliyyətində ən mühümmərhələ 2002-ci ildən başlayır. Həmin il iyulun 2-də o, AzərbaycanRespublikasının ilk İnsan hüquqları üzrə müvəkkili – Ombudsmanseçilib. Bu vəzifədə o, ölkədə insan hüquqlarının müdafiəsisisteminin formalaşmasına və inkişafına əhəmiyyətli töhfələrverib.

2010-cu ildə yenidən bu vəzifəyə seçilən E.Süleymanova uzunmüddət Ombudsman kimi fəaliyyətini davam etdirib. Onun fəaliyyətidövründə insan hüquqlarının qorunması, xüsusilə qadınların,uşaqların, məcburi köçkünlərin və həssas sosial qrupların müdafiəsiistiqamətində müxtəlif təşəbbüslər həyata keçirilib.

E.Süleymanova beynəlxalq səviyyədə də fəal olub. O, müxtəlifbeynəlxalq qurumların üzvü kimi çıxış edib, o cümlədən Ombudsmaninstitutlarının beynəlxalq şəbəkələrində təmsil olunub və 2015-ciildə Asiya Ombudsmanlar Assosiasiyasının vitse-prezidentiseçilib.

E.Süleymanova Azərbaycan dövlətçiliyinə, insan hüquqlarınınqorunmasına və vətəndaş cəmiyyətinin inkişafına verdiyi töhfələrləyadda qalıb. Bu gün onun xatirəsi ölkədə insan hüquqlarınınmüdafiəsi sahəsində görülən işlərdə və formalaşdırdığıinstitutlarda yaşamaqda davam edir.

E.Süleymanova 25 aprel 2024-cü ildə 86 yaşında uzun sürənxəstəlikdən sonra Bakıda vəfat edib, İkinci Fəxri xiyabanda dəfnolunub.

Seçilən
62
2
az.trend.az

3Mənbələr