Bakı, 25 aprel, AZƏRTAC
İran paytaxtının İmam Xomeyni Hava Limanı uçuşları bərpa edib və ilk beynəlxalq aviareysləri həyata keçirib.
AZƏRTAC ”Mehr” agentliyinə istinadla xəbər verir ki, aeroportdan Mədinə, Maskat və İstanbul şəhərlərinə sərnişinlər yola salınıb.
Agentliyin xəbərində bildirilib: “Şənbə günü Tehran səması yenidən beynəlxalq aviareyslər üzrə uçuşlara şahidlik edir. Uğurla başlayan bu proses yaxın günlərdə daha intensiv şəkildə davam etdiriləcək”.