Əgər özü istəsə, “Komo” rəhbərliyi Fransesk Fabreqası “Çelsi”yə buraxmağa hazırdır.
Publika.az xəbər verir ki, bu barədə klubun prezidenti Mirvan Suvarso bildirib:
“Əgər bu onu xoşbəxt edirsə, deməli, qərar vermək onun öz işidir. İşçilərimizin mümkün qədər uzun müddət bizimlə qalmasını istəyirik, amma nəticədə biz onun sahibləri deyilik, istəsə, “Çelsi”yə gedə bilər”.