AZ

ABŞ da milyonçunu ov zamanı fillər tapdalayaraq öldürüb

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ-dan olan milyonçu ovçu Erni Dosio Qabonun meşələrində keçirilən ov zamanı fillərin hücumuna məruz qalaraq həyatını itirib.

Bizimyol.info xəbər vrir ki, 75 yaşlı üzüm bağları sahibi ötən həftə Lope-Okanda meşəsində sarıbel antilop ovlayarkən bələdçisi ilə birlikdə beş dişi fil və balası ilə qarşılaşıb. Hadisə zamanı fillər tərəfindən tapdalanan Dosio ölüb, onu müşayiət edən peşəkar ovçu isə ağır xəsarət alıb.

Kaliforniyanın Lodi şəhərindən olan Dosio uzun illər ərzində fil və şir kimi heyvanların daxil olduğu geniş ov trofeyi kolleksiyası ilə tanınırdı və ovçuluq dairələrində məşhur idi.

Onun sahibi olduğu "Pacific AgriLands Inc" şirkəti Modesto bölgəsində 12 min hektar üzüm bağını idarə edirdi. ABŞ səfirliyi hazırda meyitin Kaliforniyaya qaytarılması ilə bağlı iş aparır.

Qeyd edək ki, Qabon meşələrində təxminən 95 min nəsli kəsilmək təhlükəsində olan meşə fili yaşayır. Hər il trofey ovçuluğu çərçivəsində dünyada on minlərlə vəhşi heyvan öldürülür və bu sahə çoxmilyonlu sənaye hesab olunur.

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
77
3
bizimyol.info

10Mənbələr