"2025-ci il də daxil olmaqla bu sahədə aparılmış elmi araşdırmalar yenidən təhlil edilib. Araşdırmalarda artıq çəki itkisi, erkən və gec dövr ağırlaşmalar, ölüm riski və qidalanma ilə bağlı nəticələr ümumiləşdirilib".
Redaktor.az xəbər verir ki, bunu Beynəlxalq “Bariatrik-Metabolik Cərrahiyyə və Metabolik Xəstəliklər” konqresində çıxışı zamanı prof. Ahmet Serdar Karaca bildirdi.
Mütəxəssis qeyd etdi ki, çəki itkisi bu əməliyyatların effektivliyini göstərən əsas meyarlardan biridir:
"Araşdırmalara əsasən, SADI (Single Anastomosis Duodenal-Ileal Bypass) əməliyyatından sonra artıq çəki itkisi 10-cu ildə 80 faizə qədər yüksəlir. Ümumi bədən çəkisi itkisi isə təxminən 40 faiz səviyyəsində olur.
Bildirilib ki, bu nəticələr yalnız bir araşdırmada deyil, bir çox elmi işdə oxşar şəkildə müşahidə edilib. Xüsusilə 5 ildən sonrakı dövrdə, yəni 5-10 il ərzində ümumi çəki itkisi orta hesabla 40 faiz civarında qalır. Müxtəlif tədqiqatlarda SADI əməliyyatı bəzən "Duodenal Switch", bəzən "Roux-en-Y Gastric Bypass", bəzən isə tək və ya iki mərhələli üsullarla müqayisə olunub. Lakin ümumi nəticə ondan ibarətdir ki, uzunmüddətli çəki itkisi baxımından göstəricilər qənaətbəxşdir. Transit Bipartition əməliyyatı ilə bağlı məlumatların daha az olduğunu deyən mütəxəssis əlavə edib ki, mövcud araşdırmalarda bu üsul da ümumi bədən çəkisinin təxminən 40 faiz azalmasına səbəb olur. Şəxsi müşahidələrdə artıq çəki itkisi bir qədər yüksək görünsə də, bunun səbəbi xəstələrin əksəriyyətinin diabetli olması və başlanğıc bədən kütlə indeksinin nisbətən aşağı olması ilə bağlıdır".
NURİYYƏ