İsrail Müdafiə Ordusunun (SAXAL) sabiq rəsmi nümayəndəsi Conatan Konrikus bölgədəki gərginliklə bağlı diqqətçəkən bəyanatla çıxış edib.
Ölkə.Az-ın məlumatına görə, Conatan Konrikus "X" sosial şəbəkəsindəki hesabında bildirib ki, Hörmüz boğazının hələ də bağlı qalmasının əsas səbəbi ABŞ Prezidenti Donald Trampın müvafiq əmrinin olmamasıdır.
Onun sözlərinə görə, boğazın açılması birbaşa Ağ Evin qərarından asılıdır:
"Hörmüz boğazının bağlı qalmasının yeganə səbəbi Prezident Trampın hələlik ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığına (CENTCOM) onun açılması barədə əmr verməməsidir. Əmr verilən kimi, Mərkəzi Komandanlıq öz işini yerinə yetirəcək", — deyə Konrikus qeyd edib.
Xatırladaq ki, strateji əhəmiyyətli Hörmüz boğazı qlobal neft ticarətinin əsas marşrutlarından biri hesab olunur və onun bağlanması dünya bazarlarında ciddi narahatlığa səbəb olub.