AZ

İranda hakimiyyət daxilində fikir ayrılıqları yaranıb? SEPAH güzəştlərə qarşdır

Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

İranın siyasi elitasında ABŞ-la mümkün razılaşma və müharibənin dayandırılması ilə bağlı fikir ayrılıqları yaranıb.

“The Wall Street Journal”ın yazdığına göarə, daxili gərginlik hələ aprelin əvvəlində keçirilən danışıqlar zamanı hiss olunsa da, son günlər daha açıq şəkildə üzə çıxıb. Vasitəçilər bildirirlər ki, İran tərəfi əsas məsələlər üzrə daha qeyri-müəyyən və yayındırıcı cavablar verməyə başlayıb.

Əgər münaqişənin aktiv mərhələsində rəsmi Tehran vahid mövqe nümayiş etdirirdisə, hazırkı atəşkəs şəraitində əsas diqqət sanksiyaların ləğvinə yönəlib. Bu isə ciddi kompromislər tələb etdiyindən hakimiyyət daxilində fikir ayrılıqlarını dərinləşdirib.

Məlumata görə, əsas qarşıdurma İranın güc strukturlarından biri olan İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) daxilində sərt xətt tərəfdarları ilə iqtisadi sabitliyi prioritet sayan mülki hökumət nümayəndələri arasında gedir. SEPAH-a yaxın dairələr danışıqlar aparan şəxslərə təzyiq göstərərək güzəştlərə getməməyi tələb edir.

Tənqid hədəfində olan əsas fiqurlar arasında parlament sədri Məhəmməd-Baqer Qalibaf və xarici işlər naziri Abbas Araqçi də var. Onlar nüvə proqramı ilə bağlı müzakirələrə açıq olduqları üçün sərt düşərgənin tənqidinə məruz qalırlar.

Analitiklər hesab edir ki, məhz bu daxili fikir ayrılıqları ABŞ-la danışıqları çətinləşdirən əsas amillərdən biridir. Onların fikrincə, vəziyyəti daha da mürəkkəbləşdirən faktor ölkədə güclü və açıq liderliyin olmamasıdır.

Formal olaraq ali dini lider postunu tutan Mojtaba Xamenei isə təyinatından sonra ictimaiyyət qarşısına çıxmayıb. İran Xarici İşlər Nazirliyi bunu təhlükəsizlik səbəbləri ilə izah etsə də, müşahidəçilər bunu hakimiyyət daxilində koordinasiya problemlərinin göstəricisi kimi qiymətləndirir.

Ancaq İran hakimiyyəti bu cür iddiaları rədd edir. ABŞ və İsrailin təcavüzünə qarşı İranda vahid mövqeyin olduğu bildirilir.

Rasim

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
azpolitika.info

1Mənbələr