AZ

Lukaşenko: Belarus Suriyaya yardım etməyə hazırdır

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, Minsk Suriyanın hakimiyyəti ilə yaxşı münasibətlər saxlayır və bu ölkəyə yardım göstərməyə hazırdır.

Bizimyol.info xəbər verir ki, dövlət başçısı Qomel vilayətinin Petrikov rayonunda yerləşən mərkəzi rayon xəstəxanasına səfəri zamanı doğum-ginekologiya korpusunun fəaliyyəti ilə tanış olub, tibb işçiləri və pasiyentlərlə söhbət edib.

Prezidentin mətbuat xidmətinin yaydığı məlumata görə, xəstəxananın ginekologiya şöbəsinə artıq 11 ildir ki, Suriya əsilli Bahlavan Məhəmməd Fadi rəhbərlik edir. O, Belarus vətəndaşlığı alıb və həyat yoldaşı ilə birlikdə üç uşaq böyüdür. Lukaşenko bu barədə danışarkən deyib: “Onu heç bir halda Suriyaya buraxmaq olmaz. Anlayırıq ki, onların orada köməyə ehtiyacı var və biz buna hazırıq”.

Prezident həkimdən ərəb dilini unudub-unutmadığını da soruşub və mənfi cavab alıb. “Bu da bizim üçün vacibdir. Biz həmişə yardım göstərməyə hazırıq. Həm əvvəlki, həm də indiki Suriya hakimiyyəti ilə normal münasibətlərimiz var. Onlara kömək etmək lazımdır, amma səni artıq ora buraxmayacağıq,” – deyə Lukaşenko şöbə müdirinə müraciətlə qeyd edib.

Belarus lideri, həmçinin yaxın vaxtlarda ana olmağa hazırlaşan pasiyentlərlə də səmimi söhbət edib. Palatalardan birinə daxil olarkən zarafatla: “Bu müqəddəs otağa daxil ola bilərəm? Doğuşa necə hazırsınız?”, - deyə soruşub. Qadınlar isə pozitiv əhval-ruhiyyədə olduqlarını və özlərini yaxşı hiss etdiklərini bildiriblər.

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
46
bizimyol.info

1Mənbələr