Göygöldə zəhərlənmə hadisəsi baş verib.BUTA.TV xəbər verir ki, hadisə rayonun Bəhrəmbağı qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbə sakini 1964-cü il təvəllüdlü İ.Allahverdiyeva yaşadığı evin hamam otağında dəm qazından boğularaq ölüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.