AZ

Həmidə Ömərova: “Doğum günümü ailə üzvlərim, dostlarım və ilk dəfə olaraq balaca nəvəmlə birlikdə keçirirəm”

Azərbaycan kino və teatr aktrisası, televiziya aparıcısı, Xalq artisti Həmidə Ömərovanın doğum günüdür.

 

O, Pravda.az-a açıqlamasında doğum gününü geniş şəkildə deyil, yalnız yaxınlarının əhatəsində qeyd etdiyini bildirib: “Yubiley yaşı deyil, növbəti doğum günümdür. Ailə üzvlərim, bir neçə yaxın dostum və ilk dəfə olaraq balaca nəvəm Nəsibə ilə birlikdə keçirirəm”.

 

H.Ömərova həmçinin yaradıcılıq fəaliyyətindən də söz açıb.

 

O bildirib ki, “Vaxtsız sevgi” serialının çəkilişlərini yeni başa vurub, “Kanal S” televiziyasında kino mövzusunda veriliş aparır, hər şənbə efirdə olur.

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində magistr pilləsi üzrə dərs deyən Xalq artisti gözlənilən yeni işlərdən də danışıb: “Yeni kiçik bir layihə var, hələlik sirrdir. Bundan başqa, bir neçə dəvət  var, hazırda onları dəyərləndirirəm. Son 10 ayı çəkilişlər olub, bir az yorğunam, indi-indi özümə gəlirəm. Sizə də, özümə də bol yaradıcılıq uğurları arzulayıram”.

 

Qeyd edək ki, Həmidə Ömərova 1957-ci il aprelin 25-də Bakı şəhərində dünyaya göz açıb.

Tarix: 25 Aprel 2026, 18:10   
Seçilən
20
pravda.az

1Mənbələr