AZ

“Lion”dan çətin qələbə

Fransa Liqa 1-ndə 31-ci turunda “Lion” “Oser”i qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, “Lion” doğma meydanda keçirilən gərgin qarşılaşmadan 3:2 hesablı qələbə ilə ayrılıb.

Matçda hesabı 19-cu dəqiqədə ev sahibləri açıb. Roman Yaremçuk fərqlənib, ötürməni Abner verib.

35-ci dəqiqədə qonaqlar Sinəli Diomande vasitəsilə tarazlığı bərpa ediblər.

66-cı dəqiqədə “Lion” yenidən önə keçib – Korentin Tolisso fərqlənib, məhsuldar ötürmə Eynsli Meytlend-Naylsdən gəlib.

71-ci dəqiqədə Roman Yaremçuk dublunu rəsmiləşdirib. Qarşılaşmada son nöqtəni isə Brayan Oko qoyub.

Bu qələbə ilə “Lion” vacib 3 xal qazanaraq turnir cədvəlində mövqeyini gücləndirib.

Seçilən
45
90deqiqe.az

1Mənbələr