AZ

“Barselona” səfərdə inamlı qələbə qazandı

İspaniya La Liqasının 32-ci turunda “Xetafe” “Barselona”nı qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, "Koliseum" stadionuda keçirilən qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçı Fransisko Xose Ernandes Maeso idarə edib.

Hesab 45-ci dəqiqədə Fermin Lopes tərəfindən açılıb. 74-cü dəqiqədə Marcus Raşford fərqi iki topa çatdıraraq yekun nəticəni müəyyənləşdirib.

33 turdan sonra “Barselona” 85 xalla turnir cədvəlinə başçılıq edir. “Xetafe” isə 44 xalla 6-cı pillədə qərarlaşıb.

Növbəti turda “Barselona” 2 may tarixində səfərdə “Osasuna” ilə qarşılaşacaq, “Xetafe” isə 3 mayda evdə “Rayo Valyekano”nu qəbul edəcək.

Seçilən
77
90deqiqe.az

1Mənbələr