AZ

İslam Bazarqanov Avropa çempionu oldu

Güləş üzrə Avropa çempionatında Azərbaycanın sərbəst güləşçisi İslam Bazarqanov qızıl medal qazanıb.

90deqiqe.Az-ın məlumatına görə, Tiranada təşkil olunan yarışda 57 kq çəki dərəcəsində çıxış edən idmançımız finalda Musa Mextixanov (UWW) üzərində 8:6 hesablı qələbə qazanaraq Avropa çempionu olub.

Bu nəticə ilə Azərbaycan yığmasının turnirdə qazandığı qızıl medalların sayı 3-ə yüksəlib.

Qeyd edək ki, daha əvvəl Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) Avropa çempionu adını qazanıblar.

Bundan əlavə, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) bürünc medal əldə ediblər.

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi komanda hesabında birinci yeri tutub. Qadın güləşçilərdən Jalə Əliyeva (57 kq) və Günay Qurbanova (59 kq) da bürünc medala sahib olublar.

Seçilən
36
25
90deqiqe.az

10Mənbələr