Kür çayının Zərdab rayonundan keçən hissəsində suyun səviyyəsində azalma müşahidə olunur...
Son günlər Zərdab rayonunun bir çox ərazilərində, o cümlədən Əlibəyli kəndində Kürə yaxın ərazilərdə yerləşən bəzi təsərrüfat sahələrində subasma halları qeydə alınıb ki, bu da sakinlər arasında narahatlıq yaradıb. Hazırda isə vəziyyət sabitləşməyə doğru gedir. Həm Kür çayında, həm də ona qovuşan digər çaylarda suyun səviyyəsində azalma müşahidə olunur. Mühafizə zolağında toplanan sular tədricən geri çəkilir, əkin sahələri və bağlarda suyun çəkilməsi prosesi davam edir.
Hazırda çayda suyun səviyyəsində 1 metr 40 santimetr enmə müşahidə edilir.
Həmçinin o da vurğulanıb ki, çayın daşması nəticəsində bəzi ərazilərə zərər dəyib. Hazırda həmin zərərin aradan qaldırılması istiqamətində işlər aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.