AZ

İngiltərə Premyer Liqası: "Liverpul"dan inamlı qələbə

İngiltərə Premyer Liqasının 34-cü turunda "Liverpul" evdə "Kristal Pelas" üzərində 3:1 hesablı qələbə qazanıb.

"Cebheinfo.az" xəbər verir ki, qarşılaşma "Enfild" stadionunda keçirilib.

Matçda hesabı 35-ci dəqiqədə Aleksander İsak açıb, 40-cı dəqiqədə Endryu Robertson fərqi artırıb. 71-ci dəqiqədə Daniel Munyos qonaqların yeganə qolunu vurub. 90+6-cı dəqiqədə isə Florian Virts yekun hesabı müəyyənləşdirib.

Bu nəticədən sonra "Liverpul" 58 xalla 4-cü, "Kristal Pelas" isə 43 xalla 13-cü pillədə qərarlaşıb.

Növbəti turda "Liverpul" "Mançester Yunayted", "Kristal Pelas" isə "Bornmut"la qarşılaşacaq.

"Cebheinfo.az"

Seçilən
42
2
cebheinfo.az

4Mənbələr